İdman

"Barselona"da dəyişiklik olmasa, "Napoli"ni uda bilməyəcəyik" - Messi

8 Avqust 2020 14:57
Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab matçından öncə fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu komandada dəyişiklik edilməli olduğunu düşünür:

"Bir müddət əvvəl demişdim ki, keçən mövsümdəki kimi çıxış etsək, Çempionlar Liqasını qazanmaq bizim üçün çətin olacaq. İspaniya çempionu olmağa belə gücümüz çatmadı. Heç bir reaksiya verməsək, dəyişikliklər etməsək, "Napoli"ni məğlub edə bilməyəcəyik".

Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu isə bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.