İdman

İtaliya klubunda yeni müqavilə

4 Avqust 2020 15:31
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hellas Verona" qapıçısı Marko Silvestri ilə müqavilənin müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu müddəti 2022-ci ilin 30 iyununda başa çatacaq yeni müqaviləyə imza atıb.

Qeyd edək ki, Marko 2017-ci ildən "Verona"nın uğurları üçün çalışır. İtaliyalı qolkiper son mövsümdə meydana çıxdığı 35 oyundan 9-da qapısını toxunulmaz saxlamağı bacarıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.