İdman

“Trabzonspor”da yeni baş məşqçi

3 Avqust 2020 15:15
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trabzonspor" klubunun yeni baş məşqçisi məlumdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qara dəniz təmsilçisi Eddi Nyuton ilə razılığa gəlib.

Eddi Nyuton bundan əvvəl əsas komandada məşqçi vəzifəsində çalışıb. Baş məşqçi Hüseyn Şimşirin istefaya göndərilməsindən sonra "Trabzonspor" onun rəhbərliyi altında Türkiyə kubokunun finalında "Alanyaspor"a 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Eddi Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O,"Trabzonspor"dan öncə "Çelsi"və "Vest Bromviç"də köməkçi kimi çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.