İdman

“Tarix yazmağa başlayacağıq” - Millimizin rəqibi

3 Avqust 2020 17:32
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düzünü deyim ki, milli komandanın toplanışını gözləməyə səbrim çatmır. Hazırlıqların və matçların tez başlamasını istəyirəm.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu Monteneqro millisinin futbolçusu Risto Radunoviç deyib.

Rumıniyanın "Astra" klubunda çıxış edən 28 yaşlı müdafiəçi sentyabrda start götürəcək Millətlər Liqası barədə iddialı danışıb. Radunoviç Azərbaycan, Kipr və Lüksemburqla rəqib olduqları C divizionunun 1-ci qrupunda qalib adı uğrunda mübarizə aparacaqlarını bildirib: "Gözləyirəm ki, daha yaxşı tarix yazmağa başlayacağıq. AVRO-2020-nin seçmə mərhələsi ilə müqayisədə daha yaxşı nəticələr qazanmalıyıq. Əsas hədəfimiz millinin imicini formalaşdırmaq, DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində yaxşı ab-hava yaratmaqdır. Bu o deməkdir ki, mən komandamızın Millətlər Liqasında daha yüksək nəticə uğrunda mübarizə aparacağını gözləyirəm".

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları sentyabr-noyabr aylarında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.