İdman

“Fulhem” məğlub olsa da, finala çıxdı

1 Avqust 2020 16:50
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-offun digər komandası da məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk görüşdə 2 cavabsız qolla qalib gələn "Fulhem" bu dəfə "Koventri"ni öz meydanında qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılıb. 2 qol vurulub. Əvvəlcə qonaqlardan Körtis Nelson fərqlənib. Çox keçmədən meydan sahiblərindən Nesken Kebano tarazlığı bərpa edib.

Fasilədən sonra "Koventri" qələbə qolunu vurub. 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə finala yüksələn "Fulhem" həlledici görüşdə "Brentford"la qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.