İdman

Ronaldu 8 milyon avroya “Buqatti” alıb

31 İyul 2020 15:35
Baxış: 5 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu özünə yeni avtomobil alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib.

Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyon avro ödəyib. Bu, limitli modeldir. 

Fransa şirkəti cəmi 10 ədəd "Buqatti Sentodieçi" hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin "Buqatti" yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Qeyd edək ki, Ronaldu bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.