İdman

İngiltərə Superkubokunun tarixi açıqlandı

30 İyul 2020 14:46
Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə superkuboku uğrunda oyunun keçiriləcəyi tarix müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşma avqustun 29-da baş tutacaq.

Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmaya Londondakı Uembli stadionu ev sahibliyi edəcək.

Qeyd edək ki, superkubok uğrunda Premyer Liqanın və Federasiya kubokunun qalibi mübarizə aparır. Premyer Liqanın qalibi (Liverpool) bəlli olsa da, kubokun final görüşü avqustun 1-də keçiriləcək. Həlledici oyunda Arsenal-la Chelsea üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.