Qazaxıstan Premyer Liqasında 2020/2021 mövsümünün startı təxirə salınıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkədə koronavirus pandemyası ilə əlaqədar karantin rejiminin müddətinin 2 həftəlik uzadılması səbəbindən çempionat qeyri-müəyyən müddətədək yenidən təxirə salınıb.
Qeyd edək ki, Qazaxıstan Premyer Liqası avqustun 3-də başlamalı idi.
Milli.Az