İdman

"Qarabağ"ın bütün potensial rəqibləri bilindi - Çempionlar Liqası

29 İyul 2020 16:32
Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  "Qarabağ"la yanaşı, Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), "Legiya" (Polşa), "Makkabi" (Tel-Əviv, İsrail), "Molde" (Norveç), "Şerif" (Moldova), "Ferensvaroş" (Macarıstan), "Dandolk" (Şimali İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva), "Omoniya" (Kipr), Rumıniya çempionu, "Sarayevo" (Bosniya və Herseqovina), "Dinamo" (Tbilisi, Gürcüstan) olacaq.

Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), "Buduçnost" (Monteneqro), "Flora" (Tallin, Estoniya), "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Konnahs Kuey" (Uels), "Europa" (Cəbəllütariq), "Klaksvik" (Farer adaları), "Reykyavik" (İslandiya), "Tirana" (Albaniya), "Ararat" (Ermənistan), "KuPS" (Finlandiya), "Sileks" (Şimali Makedoniya), "Floriana" (Malta), "Çelye" (Sloveniya) yer alıb.

Beləliklə, "Qarabağ"ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. "Linfild" (Şimali İrlandiya) və "Tre Fiore" (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar 8-11 avqustda keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.