"Yuventus" ciddi itkiylə üzləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun Sampdoria ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.
Argentinalı yarımmüdafiəçinin Çempionlar Liqasının Lyon-la matçında da iştirakı sual altındadır.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Juventus - Lyon matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada Lyon minimal hesablı qələbə qazanıb - 1:0.
Milli.Az