"Qalatasaray" "Göztepe"dən ayrılan portuqaliyalı qapıçı Betu ilə anlaşıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı qapıçı ilə 1 illik müqavilə şərtlərində razılıq əldə edilib.
Portuqaliya millisinin keçmiş üzvü 2017-ci ildən "Göztepe"də çıxış edirdi. "Sporting"in yetirməsi "Porto", "Braga", CFR, "Sevilla" kimi klublarda çıxış edib.
Milli.Az