İdman

"Barselona" Blanı qəbul etmədi

25 İyul 2020 12:04
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" Loran Blanı baş məşqçi vəzifəsinə gətirmək niyyətində deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssisin komandaya dəvəti Kataloniya klubunun planlarına daxil deyil. Bildirilir ki, La Liqa təmsilçisi hazırda Çempionlar Liqasında "Napoli" ilə keçirəcəkləri matça köklənib.

Bundan əvvəl məşqçinin agenti Jorje Mendeş Loranın namizədliyini klub rəhbərliyinə təqdim etmişdi. Lakin klubun idman direktoru Erik Abidal 54 yaşlı çalışdırıcı ilə əlaqə saxlamayıb.

Qeyd edək ki, L.Blan 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. O,  2013-cü ildən çalışdırığı PSJ-dən 2016-cı ildə istefa verdikdən sonra işsiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.