İdman

47 yaşında karyerasını bitirdi - Mundiallar tarixinin ən yaşlısı

24 İyul 2020 19:29
Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir millisinin sabiq qapıçısı Essam el-Hadari karyerasını başa vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, veteran qolkiper 47 yaşında futboldan getmək qərarına gəlib.

Son klubu "Noqom" olan oyunçu bir daha bu sahədə çalışmayacağını açıqlayıb: "Futbol ikinci həyat yoldaşımdır, indi boşandım. Bu sahəyə qayıtmayacağam. Bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri bir-birlərinə hücum edirlər".

Misirdə 7 qat çempion, 4 qat kubok və Superkubokun qalibi olan Essam el-Hadari 3 dəfə Asiya Çempionlar Liqasını qazanıb. Həmçinin Misir yığmasının heyətində 4 dəfə Afrika Millətlər Kubokuna yiyələnən el-Hadari DÇ-2018-də Səudiyyə Ərəbistanı ilə qarşılaşmada (1:2) iştirak edib. Bununla dünya çempionatları tarixində çıxış edən ən yaşlı futbolçu kimi tarixə düşüb. Həmin vaxt 45 yaş 161 günlüyündə olub.

Qeyd edək ki, Essam el-Hadari karyerası ərzində Avropada yalnız "Syon" klubunda oynayıb, İsveçrə kubokunu qazanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.