İdman

Dünya əfsanəsi rinqə qayıdır

24 İyul 2020 18:01
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boks üzrə keçmiş dünya çempionu, 54 yaşlı Mayk Tayson rinqlərə geri dönür.

Milli.Az xəbər verir ki, Tayson 12 sentyabrda Roy Cons ilə döyüşə çıxacaq.

Şou xarakterli döyüş Kaliforniyadakı "Dignity Health Sports Park"da keçiriləcək və 8 raund olacaq.

Qeyd edək ki, karyerası ərzində "Dəmir Mayk", "Dünyanın ən təhlükəli adamı" ləqəbləri ilə tanınan Mayk rinqə çıxdığı ilk ildə 15 matçın hamısında qalib gəlmiş, bütün rəqiblərini nokautla məğlub etmişdi. O, 20-ci doğum günündən 4 ay sponra dünyanın ən gənc ağır çəkili çempionu olmuşdu.

O, son döyüşünə 2005-ci ildə çıxmışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.