İdman

"Liverpul"un futbolçusundan rekord göstərici

24 İyul 2020 13:22
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində "Çelsi"yə 5:3 hesabı ilə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunda məhsuldar ötürmə ilə yadda qalan Mersisayd klubunun futbolçusu Trent Aleksander-Arnold yeni rekord müəyyənləşdirib. Belə ki, 21 yaşlı futbolçu, cari mövsümdəki məhsuldar ötürmələrinin sayını 13-ə çatdırıb. Bununla da, o, Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə ilə yadda qalan müdafiəçi olub.

Bundan əvvəlki göstərici də Arnolda məxsus idi. Keçən mövsüm 12 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, bu dəfə öz rekordunu yeniləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.