İdman

Messini yox, Benzemanı 1-ci etdilər

21 İyul 2020 18:22
Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Marca" nəşrinə oxucuları arasında La Liqada son mövsümün ən yaxşıları ilə bağlı sorğu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema 37 faiz səslə La Liqanın ən yaxşı oyunçusu seçilib. "Barselona"nın kapitanı Lionel Messi 31 faiz səslə 2-ci, "Real"ın kapitanı Serxio Ramos 14 faiz səslə 3-cü olub.

"Real"dan Zinəddin Zidan ən yaxşı baş məşqçi, Ramos ən yaxşı ispan oyunçu və ən yaxşı müdafiəçi, Benzema ən yaxşı hücumçu, Tibo Kurtua ən yaxşı qapıçı, Kasemiro isə ən yaxşı yarımmüdafiəçi seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.