İdman

Messi ən yaxşı oldu

20 İyul 2020 19:12
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Messi 33 matçda 25 qol vuraraq, "Real Madrid"in hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və "Vilyareal"ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.

Daha əvvəl Messi mövsümün nəticəsinə görə İspaniya çempionatının ən yaxşı bombardirinə verilən mükafatı qazanıb.

Qeyd edək ki, Messi cari mövsümdə bütün turnirlərdə 42 matçda iştirak edərək 30 qol vurub və 26 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.