İdman

"Qalatasaray"ın Super Liqanın bərpasından sonra ilk qələbəsi - VİDEO

19 İyul 2020 10:03
Baxış: 1 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında XXXIII turun mübarizəsinə start verilib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə "Qalatasaray" meydana çıxıb.

Çempionatın bərpasından sonra keçirilən 6 oyunda qələbə üzü görməyən və son 3 görüşdə məğlub olan "cim-bom" ortabab "Göztəpə"ni sınağa çəkib. "Sarı-qırmızılılar" son dəqiqələrdə vurduğu qollarla qələbə həsrətinə son qoyub.

Orta sıralarda qərarlaşan "Qaziantep"lə "Kasımpaşa"nın duelində isə qollu bərabərlik qeydə alınıb.

Turun qalan oyunları iyulun 19-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXIII tur

18 iyul
"Qalatasaray" - "Göztəpə" - 3:1
Sarakki, 60; Əmrə Akbaba, 81; Akgün, 90+6 - Napoleoni, 66
"Qaziantep" - "Kasımpaşa" - 2:2
Muhammet Dəmir, 6; Maksim, 78 - Tiam, 13, 37

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.