İdman

MBA-nın 9 basketbolçusunda koronavirus aşkarlandı

3 İyul 2020 11:06
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Basketbol Assosiasiyasının (MBA) daha 9 oyunçusunda koronavirus testləri müsbət nəticə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə MBA oyunçularının Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, test nəticələri pozitiv olan bütün oyunçular karantin qaydalarına riayət etməklə, həkimlərdən müsbət rəy alana qədər özlərini təcrid edəcəklər.

Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsümün iyulun 31-də başlayacağı və 30 komandadan yalnız 22-nin mübarizə aparacağı bildirilib.

Bütün matçların Orlando şəhərində (Florida ştatı, ABŞ) yerləşən "Disney World" əyləncə parkında keçiriləcəyi planlaşdırılıb. Final seriyasında yeddi matç oynanılacağı təqdirdə, mövsüm oktyabrın 12-də başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.