İdman

Rəşad Sadıqov karyerasını başa vurdu

21 İyun 2020 10:09
Baxış: 1 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, koronavirus pandemiyası ilə əlaqədar ləğv edilən mövsümün Rəşad Sadıqov üçün sonuncu olduğuu bildirib.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov "Neftçi", "Fulad" (İran), "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor"da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.