İdman

10 qol buraxan komanda qəhrəman kimi qarşılandı

20 İyun 2020 14:39
Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Rostov" klubunun azarkeşləri Premyer Liqanın 23-cü turunda səfərdə "Soçi"yə 1:10 hesablı məğlubiyyətə baxmayaraq komandaları üçün qarşılanma mərasimi təşkil ediblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yüzlərlə fanat gecə saatlarında "Olimp-2" stadionunun qarşısına toplaşaraq gənc futbolçulara dəstək olub. Klub bununla bağlı rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Qeyd edək ki, "Rostov"un 6 futbolçusunda koronavirus aşkarlandıqdan sonra komanda və məşqçilər heyəti 2 həftəlik karantinə alınıb. Klub rəhbərliyi "Soçi"dən matçın təxirə salınmasını xahiş etsə də, qarşı tərəf buna razılıq verməyib.

"Soçi" rəhbərliyinin bu addımı ölkədə narazılıqla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.