İdman

"Mançester Siti” “Arsenal"ı böyük hesabla uddu - VİDEO

18 İyun 2020 10:44
Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa görə mart ayından dayandırılan İngiltərə Premyer Liqasında mövsüm bərpa edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28-ci turdan təxirə salınmış iki oyun keçirilib.

Günün ilk matçında "Aston Villa" "Şeffild Yunayted"i qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Daha maraqla gözlənilən matç isə Mançesterdə olub. Burada "Mançester Siti" "Arsenal"ı qəbul edib. Qarşılaşma "Siti"nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. "Şəhərlilər"in heyətində Rahim Sterlinq (45+1), Kevin de Brüyne, (51) və Fil Foden (90+1) fərqlənib.

Qeyd edək ki, Premyer Liqanın oyunları iyunun 19-dan 30-cu turun görüşləri ilə davam etdiriləcək. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti"  60 xalla 2-ci, "Lester" 53 xalla 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.