İdman

24 yaşında 8-ci çempionluq - Unikal göstərici

17 İyun 2020 13:59
Baxış: 1 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman bir çox futbolçu üçün əlçatmaz olan unikal rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Fransa millisinin üzvü ardıcıl 8 ildir çempionluq titulu qazanır. Buna qədər 24 yaşında belə uğura imza atan futbolçu olmayıb.

Koman 2013 və 2014-cü ildə PSJ, bir il sonra isə "Yuventus"la ölkə çempionluğu yaşayıb. Ötən gecə isə "Bavariya" ilə Bundesliqanın qalibi olan futbolçu Münhen klubu ilə ardıcıl 5-ci mövsümdür bu sevinci yaşayır.

Bundan başqa, Koman bu illərdə Fransa Liqa kuboku, İtaliya kuboku və iki dəfə Almaniya kubokunu qazanıb.

Qeyd edək ki, fransız futbolçu bu mövsüm "Bavariya"nın heyətində 32 oyuna 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.