İdman

"Golden Boy"a namizədlər açıqlandı

16 İyun 2020 10:04
0 Şərh     Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tuttosport" nəşri  ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan "Golden Boy" ("Qızıl oğlan") mükafatına namizədləri açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,ilk olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud ("Mançester Yunayted"), Eduardo Kamavinqa ("Renn"), Alfonso Devis ("Bavariya"), Anssumane Fati ("Barselona"), Filip Foden ("Mançester Siti"), Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya" Dortmund), Kallum Hadson-Odoi ("Çelsi"), Takefusa Kubo ("Malyorka", "Real"a məxsusdur), Daniel Maldini ("Milan"), Reyner ("Real"), Sandro Tonali ("Breşiya"), Ferran Torres ("Valensiya") yer alıb.

Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafatı "Atletiko"nun futbolçusu Joau Feliks qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.