İdman

441 futbolçu təzminat üçün FİFA-ya müraciət edib

15 İyun 2020 21:40
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

441 futbolçu maddi təzminat üçün FİFA-ya müraciət edib.

Milli.Az Apasport-a istinadən bildirir ki, onlar ali futbol qurumundan maaşlarının ödənilməsini tələb edib.

Həmin oyunçuların klubları koronavirus pandemiyası səbəbindən borcu ödəyə bilməyənlər, iflas uğrayanlardır. FİFA-ya müraciət edən futbolçuların 81 faizi Avropa klublarında çıxış edir. Qurum Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) tərəfindən müraciətləri qəbul edir.

Klubları müflisləşdiyi üçün maaşlarını ala bilməyən futbolçularla bağlı fond yaradılacaq. Həmin fond iyulun 1-dən fəaliyyətə başlayacaq. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.