İdman

“Real-Sosyedad”la “Atletiko” xal itirib, “Real” qələbə qazanıb

15 İyun 2020 11:10
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında XXVIII tur başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun son günündə 3 qarşılaşma keçirilib.

Çempionluq mübarizəsi aparan "Real" evdə "Eybar"ı sınağa çəkib. Madridlilər görüşün taleyini ilk yarıdakı üç qolla həll edib. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb.

Çempionlar Liqasına vəsiqə qazanmağa iddialılar xal itkisi ilə üzləşib. "Atletiko" səfərdə "Atletik"lə heç-heçə edib.

"Real-Sosyedad" isə "Osasuna" ilə görüşüb. Hərəyə bir qol vuran rəqiblər bir xalla kifayətlənib.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 15-18-də keçiriləcək.

İspaniya La Liqası
XXVIII tur
14 iyun
"Atletik" - "Atletiko" - 1:1
Muniayn, 37 - Dieqo Kosta, 39
"Real" - "Eybar" - 3:1
Kroos, 4, Ramos, 30, Marselo, 37 - Biqas, 60
"Real-Sosyedad" - "Osasuna" - 1:1
Oyarzabal, 61 - Lopes, 29 (pen.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.