İdman

"Leypsiq" "Hoffenhayma" qalib gəldi

13 İyun 2020 07:25
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya çempionatının 31-ci turunda "Xoffenhaym" komandası "Leypsiq" klubunun futbolçularına 2:0 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunda vurulan iki qolu rəqiblərin qapısından ispaniyalı yarımmüdafiəçi Dani Olmo keçirib (9 və 11-ci dəqiqə).

Alman birinciliyində "Leypsiq"in son dəfə məğlubiyyətə yanvarın 25-də "Ayntraxt" tərəfindən uğradılıb (0:2).

Turnir cədvəlində "Leypsiq" 62 xalla üçüncü yerdədir, "Hoffenhaym" aktivində 43 xalla yeddinci pillədədir. Növbəti turda "Leypsiq" iyunun 17-də "Fortuna", "Hoffenhaym" isə həmin gün "Auqsburq" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.