İdman

Tiaqo Silva iyulda PSJ-dən ayrılacaq

9 İyun 2020 08:13
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Pari Sen-Jermen" futbol klubu braziliyalı müdafiəçi Tiaqo Silva ilə müqaviləni yeniləməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, PSG-nin idman direktoru Leonardo 35 yaşlı braziliyalı ilə telefon görüşündə klubun bu il iyulun 30-da başa çatacaq müqaviləni yeniləməmək qərarı barədə danışıb. Daha əvvəl bildirilib ki, T.Silva klubda qalmaq istəyir və daha az maaş almağa hazırdır.

Tiaqo Silva PSJ-nin kapitanıdır və 2012-ci ildən bu klub uğrunda oynayır. Bu dövrdə futbolçu altıqat Fransa çempionu, dördqat Kubok və altıqat ölkə Superkuboku sahibi adını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.