İdman

Levandovskidən yeni rekord

8 İyun 2020 09:32
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın hücumçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,polşalı futbolçu Bundesliqanın 30-cu turunda "Bayer"lə səfər qarşılaşmasında (4:2) fərqlənməklə buna nail olub.

Komandasının 4-cü topunun müəllifi olan Levandovski bu mövsüm bütün turnirlərdəki qollarının sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədir. 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.