İdman

"Real"ın 80 milyonluq təklifi rədd edildi

5 İyun 2020 11:31
0 Şərh     Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bayer" futbolçusu Kay Havertz üçün "Real"ın göndərdiyi təklifi rədd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,Madrid klubu 20 yaşlı yarımmüdafiəçinin növbəti mövsüm Leverkuzen təmsilçisində icarədə qalması şərti ilə onun üçün 80 milyon avro təklif edib. Ancaq "Bayer" bu təklifi müsbət cavablandırmayıb.

Bildirilib ki, klub oyunçunun satışından 100 milyon avro qazanmaq istəyir. Havertzlə "Mançester Yunayted"in də maraqlandığı vurğulanıb.

Qeyd edək ki, alman futbolçu bu mövsüm 37 matçda 15 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.