İdman

Pandemiya dövründə İnstaqram-da milyonlar qazandılar - TOP-10

4 İyun 2020 19:56
2 Şərh     Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur idmançıların koronavirus pandemiyası dövründə İnstaqram sosial şəbəkəsi vasitəsi ilə qazancları müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Daily Mail" nəşrinin araşdırması zamanı bəlli olub ki, martın 12-dən mayın 14-dən olan dövrdə Kriştiano Ronaldo, Lionel Messi və Neymar bir milyon avrodan çox gəlir götürüb. Onların hər biri bu iki ayda sponsorların 4 reklamını paylaşıb. 219 milyon izləcisi olan Ronaldonun gəliri 2,1 milyon avro təşkil edib. Bununla da o, TOP-10-da birinci yeri tutub. Messidə (151 milyon izləyici) bu göstəricisi 1,45 milyon, Neymarda (138 milyon izləyici) isə 1,33 milyon avro olub.

Beləliklə, bir reklam paylaşımı orta hesabla Ronaldoya 526 min, Messiyə 363 min, Neymara 333 min qazandırıb.

TOP-10-da digər idmançıların gəliri isə aşağıdakı kimi olub:

4. Şakil O'Nil (sabiq basketbolçu)  - 653 min avro
5. Devid Bekhem (sabiq futbolçu) - 453 min avro
6. Virat Kohli (hindistanlı kriketçi) - 424 min avro
7. Zlatan İbrahimoviç (futbolçu) - 206 min avro
8. Dueyn Ueyd (sabiq basketbolçu) - 128 min avro
9. Dani Alves (futbolçu) - 120 min avro
10. Entoni Coşua (boskçu) - 109 min avro

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.