İdman

"Barcelona"nın hücumçusu "Juventus"a keçməyə razıdır

4 İyun 2020 09:59
Baxış: 2 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barcelona"nın hücumçusu Osman Dembele karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçu "Juventus"a keçməyə razılıq verib.

Bildirilir ki, A Seriyası təmsilçisi Kataloniya klubu ilə danışıqları davam etdirir. Dembele bu transferə müsbət yanaşsa da, "Barcelona" onu buraxmaq niyyətində deyil. Bu səbəbdən də komanda "Juventus"dan oyunçunun keçidi üçün böyük məbləğdə pul tələb edir.

23 yaşlı futbolçu 2019/20 mövsümündə Kataloniya təmsilçisində 9 matç keçirib və 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.