İdman

Azərbaycan klubları üçün - "Turan kuboku"

3 İyun 2020 16:34
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkdilli ölkələrin klubları arasında yeni futbol turniri keçirilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman yerli mətbuata açıqlamasında belə bir təklifi olduğunu bildirib.

O, klubların "Turan kuboku" adlı turnirdə böyük təcrübə və maddi gəlir qazana biləcəyini qeyd edib. Teoman artıq turnirin yaradılması üçün ilk addımın atıldığını, bununla bağlı heyət formalaşdığını da deyib:

"Bu turnir milli çempionatlara mane olmayacaq. Ölkələr arasında idman turizmi, digər əlaqələr güclənəcək. Turnir klublar arasında əməkdaşlığı gücləndirə və bu da yeni transferləri asanlaşdıra bilər. Eyni zamanda klubların əməkdaşlığı nəticəsində futblçular, texniki və inzibati heyət arasında məlumat mübadiləsi olacaq. Klubların həkimləri də bir-birindən yeni nəsə öyrənə bilər".

Federasiya rəsmisi hesab edir ki, "Turan kuboku" klublara teleyayım və reklam gəlirləri də qazandıracaq.

"Turan kuboku"nda Türkiyə, Azərbaycan,  Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.