İdman

“Barselona”nın illik 6,3 milyon avroluq təklifini qəbul etmədi

31 May 2020 17:06
Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" rəhbərliyi Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,2022-ci ildə klubu ilə müqaviləsi başa çatacaq alman qolkiper Kataloniyada qalmağın əleyhinə deyil. Amma tərəflər maddi məsələdə razılığa gələ bilmirlər.

Mənbə iddia edir ki, "Barselona" Ter-Ştegenə illik 6,3 milyon avro (üstəgəl bonuslar) təklif edir. Amma bununla razılaşmayan qapıçı 10 milyon avro tələb edir. Yaxın günlərdə tərəflər arasında yeni danışıqların keçiriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.