İdman

Avropanın bu ölkəsində oyunlar azarkeşlərlə keçiriləcək

28 May 2020 19:28
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan çempionatında azarkeşlərin oyunları stadiondan izləməsinə icazə verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Tribunalarda sosial məsafəyə əməl edilməli olduğu bildirilib. Fanatlar müəyyən olunmuş qaydalara əsasən oyunu izləyəcəklər. Onlar hər dörd oturacaqdan bir əyləşəcəklər. Eyni zamanda azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Klublar həftənin sonuna qədər göstərilən qaydalara uyğun təşkilatı işləri yekunlaşdıra bilməsə, azarkeşlər gələn həftədən tribunlarda yerini alacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub.

Əlavə edək ki, pandemiya dövründə Avropada azarkeşlərin çempionat oyunlarını tribunadan izləməsinə icazə verilməsi ilk haldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.