İdman

İngiltərə Premyer Liqasında daha 4 nəfər koronavirusa yoluxub

28 May 2020 09:15
0 Şərh     Baxış: 581

Futbol üzrə İngiltərə Premyer Liqasında klubların futbolçuları və əməkdaşları növbəti dəfə koronavirus testindən keçiriliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, testlərdən 1008 futbolçu və əməkdaş keçib. Onlardan 4 nəfərində yeni növ koronavirus aşkarlanıb.

Koronavirus aşkarlanan şəxslərin adları və məxsus olduqları klubların adları açıqlanmır.

Qeyd edək ki, 17-18 may və 19-22 may tarixlərində klubların bir sıra futbolçusu və əməkdaşı koronavirus testindən keçirilib. İlk məthələdə 6 yoluxma halı, ikinci mərhələdə isə 2 yoluxma halı qeydə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.