İdman

Stiven Monroz "Neftçi"dən gedə bilər

26 May 2020 18:22
0 Şərh     Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz klubdan ayrıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, fransalı hücumçu maaşının artırılmasını tələb edib. Klubla hələ 1 illik müqaviləsinin olmasına rəğmən, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təkliflər gəlib.

Xatırladaq ki, Monroz Fransanın "Lans" (2008-2011), "Şatoru" (2010), "Brest" (2015-2017), Belçikanın "Kortreyk" (2011-2012) və "Genk" (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.