İdman

Şəhriyar Məmmədyarov 10 min dollarlıq turnirə qatılacaq

22 May 2020 10:54
0 Şərh     Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb. 

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10 000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.