İdman

“Fənərbağça” və “Beşiktaş” 16 yaşlı futbolçu uğrunda mübarizə aparır

21 May 2020 20:29
0 Şərh     Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin iki nəhəng klubu - "Fənərbağça" və "Beşiktaş" 16 yaşlı Bilal Budakı transfer etmək üçün mübarizə aparır.

"Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq İstanbul klublarının nümayəndələri futbolçunun məxsus olduğu "Manisaspor" klubunun rəhbərliyi ilə görüşüb.

Türkiyə mətbuatı yazır ki, futbolçu cari mövsümün sonunda ona elçi düşən iki klubdan biri ilə müqaviləyə imza atacaq.

Yarımmüdafiəçi mövqeyində çıxış edən B.Budak yüksək texnikası və dəqiq ötürmələri ilə güclü klubların diqqətini özünə cəlb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.