İdman

"Sabah" "Qəbələ"nin futbolçusunu transfer etdi

21 May 2020 11:24
0 Şərh     Baxış: 1 860
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Sabah" növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.

Milli.Az xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı "Qəbələ" klubuyla razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidi. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.