İdman

Avro-2020-ni keçirməyə təminat verməyən şəhərlər bilindi

20 May 2020 19:09
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin oyunlarını qəbul etməklə bağlı UEFA-ya rəsmi təminat verməyən şəhərlər bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar İngiltərənin London və Niderlandın Amsterdam şəhərləridir.

Bu paytaxtlar 2021-ci ildə keçirilməsi nəzərdə tutulan final mərhələsinin görüşlərini qəbul etməyə hazır olduğunu təsdiqləməyib. Məhz bu səbəbdən UEFA İcraiyyə Komitəsinin mayın 27-də keçirilməsi planlaşdırılan videokonfransının vaxtı iyunun 17-nə dəyişdirilib.

Qeyd edək ki, Londondakı "Uembli" stadionunda 7 matçın keçirilməsi nəzərdə tutulub.  Bunlardan üçü qrup mərhələsində, biri 1/8, ikisi yarımfinal, sonuncusu final qarşılaşmasıdır. Amsterdamdakı "Yohan Kroyff Arena"da isə üç qrup və bir 1/8 final matçı planlaşdırılır.

Əlavə edək ki, Bakı da daxil olmaqla digər şəhərlər UEFA-ya lazımi zəmanət göndəriblər. 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avro-2020-nin matçları 12 şəhərində olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.