İdman

"Qalatasaray"ın prezidenti xəstəxanadan evə buraxıldı

16 May 2020 11:59
0 Şərh     Baxış: 1 016
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək. Xəstəxanadan çıxarkən açıqlama verən Cengiz özünü yaxşı hiss etdiyini bildirib. Onu əməliyyat edən həkim Uğur Türe isə klub prezidentinin çox ağır əməliyyat keçirdiyini söyləyib. Onun sözlərinə görə, Mustafa Cengizi bundan sonra kimyaterapiya mərhələsi gözləyir. O, pasientinin bunun da öhdəsindən uğurla gələcəyinə inamını ifadə edib.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.