İdman

İki aylıq fasilədən sonra Almaniya Bundesliqası başlayır - OYUNLAR

15 May 2020 12:14
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı iki aylıq fasilədən sonra bərpa olunur.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sabah Almaniyada XXVI turun oyunları keçiriləcək.

Oyunlar 16-18 may tarixlərində boş tribunalar önündə baş tutacaq.

Almaniya Bundesliqası

XXVI tur

16 may

17:30 "Auqsburq" - "Volfsburq"

17:30 "Borusiya" (Dortmund) - "Şalke"

17:30 "Fortuna" - "Paderborn"

17:30 "Hofenhaym" - "Herta"

17:30 "Leypsiq" - "Frayburq"

20:30 "Ayntraxt" - "Borusiya" (Mönxenqladbax)

17 may

17:30 "Köln" - "Maynts"

20:00 "Union" - "Bayern"

18 may

22:30 "Verder" - "Bayer"

Qeyd edək ki, martın 13-də koronavirus səbəbindən dayandırılan Almaniya Bundesliqasının turnir cədvəlində hazırda "Bayern" 55 xalla birinci, Dortmund "Borusiya"sı 51 xalla ikinci, "Leypsiq" isə 50 xalla üçüncü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.