İdman

"Atletiko"nun futbolçusu koronavirusa qalib gəldi

15 May 2020 10:34
0 Şərh     Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun cinah müdafiəçisi Renan Lodi növbəti dəfə koronavirus testindən keçib.

Milli.Az fanat.az-a xəbər verir ki, Lodinin analiz nəticəsi mənfi olub. 22 yaşlı futbolçu bu gündən məşqlərə qayıda bilər.

Lodi "Atletiko"da koronavirusa yoluxan yeganə heyət üzvü idi. Braziliyalı oyunçu xəstəliyi simptomsuz keçirib. Bu həftə ərzində verdiyi hər iki testin nəticəsi neqativ olan Lodidə antitel aşkarlanıb.

La Liqanın 20 iyunda bərpa ediləcəyi gözlənilir. 27 turdan sonra "Atletiko" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.