İdman

Merih Demiral məşqlərə başladı

14 May 2020 17:55
0 Şərh     Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisinin və "Yuventus"un müdafiəçisi Merih Demiral zədəsini sağaldıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu ilin yanvar ayında A Seriyası çərçivəsində keçirilən "Roma" ilə oyunda ağır zədə alan və əməliyyat olunan futbolçu, ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıb.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu özü də sosial şəbəkə hesabında məşqdən çəkilən fotosunu paylaşaraq, "Başladıq" yazıb.

Xatırladaq ki, sol dizindən əməliyyat keçirən futbolçunun təxminən 6-7 ay sonra sıraya dönəcəyi açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.