İdman

"Karton yeyirdim" - Balotelli

14 May 2020 13:20
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Breşiya"nın futbolçusu Mario Balotelli karantin günlərini necə keçirdyi barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Football İtalia"ya müsahibəsində bununla bağlı deyib: "İndi topu mənə versəniz, ilk toxunuşdan idarə edə bilməyəcəyəm. Çünki topa son toxunuşumdan iki ay keçib.

Son iki həftədə dəli oldum, çünki tamamilə tək idim. Neapoldakı qızım, Sürixdəki oğlum, yaşlı anamın köməyə ehtiyacı var, qardaşlarım uşaqları ilə karantindədir, buna görə də tək qaldım. Çətindir.

Yemək bişirə bilmirəm. İlk üç gündə əsasən karton yeyirdim və divardan parçaları dişləməyə çalışırdım. Xoşbəxtlikdən, sonra yemək sifariş verməyə müvəffəq oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.