İdman

Ferqyuson iki ay döyüşə bilməyəcək - SON DURUM

13 May 2020 22:30
0 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC döyüşçüsü Toni Ferqyusonun oktaqondan nə qədər uzaq qalacağı məlum olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Ferqyusonun zədələr səbəbindən yaxın iki ay ərzində döyüşməsi mümkün olmayacaq.

Amerikalı idmançı Castin Qeji ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilmişdi. Döyüş zamanı Tonidə hematoma aşkarlanmış və sağ gözünün altı yarılmışdı. Onun almacıq sümüyünün sındığı bildirilir.

Qeyd edək ki, Qetjinin endirdiyi 143 zərbədən 100-ü Ferqyusonun baş nahiyəsinə dəymişdi. Hakim 5-ci raundda döyüşü dayandırmış və Castin texniki nokautla qələbə qazanaraq yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.