İdman

"Real"ın sabiq futbolçusu narkotik alverinə görə saxlanıldı

13 May 2020 10:50
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinir.

Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.

Qeyd edək ki, Edvin Konqo 1999-2002-ci illərdə "Real"ın futbolçusu olsa da, icarə əsasında başqa klublarda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.