İdman

“Eyni şeylər haqda danışmaq məni bezdirib” - Zubir

12 May 2020 15:56
0 Şərh     Baxış: 1 053
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Yunanıstanın "Panatinaikos" klubundan təklif alması barədə xəbərlərə münasibət bildirib.

Milli.Az azerisport.com-a istinadən xəbər verir ki, mərakeşli futbolçu deyib: "Hər dəfə mənimlə hansısa komanda maraqlananda eyni sualı verirlər ki, gedirsən, yoxsa qalırsan? Düzü, artıq eyni şeylər haqda danışmaq məni bezdirib. Şərh belə vermək istəmirəm. "Qarabağ"la müqaviləm var və bu komandada xoşbəxtəm".

Xatırladaq ki, Zubirin Ağdam klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.