İdman

İbrahimoviç öz klubuna transfer ola bilər

12 May 2020 13:27
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, isveçli hücumçunun səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubunda oynamaq ehtimalı var. Bu barədə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson məlumat verib:

"Zlatanın növbəti mövsüm kontraktlı şəkildə bizdə oynamaq ehtimalı var. Ancaq bununla bağlı rəsmi addım atılmayıb, ancaq İbrahimoviç necə istəsə, elə də olacaq. Onu kifayət qədər yaxşı tanıdığımı düşünürəm. O, qərar versə, bunu açıqlayacaq, əminəm. Onun klubumuzda oynamaq ehtimalı var".

İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.